• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Mursi edam paltarında: son günlər - FOTO

  • Dünya
  • 22 İyun 2015 11:07
  • 1 607 Baxış
Mursi edam paltarında: son günlər - FOTO

Misirdə hərbi çevrilişlə hakimiyyətdən uzaqlaşdırılan keçmiş prezident Məhəmməd Mursinin məhkəmə prosesi dünən davam etdirilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Mursi Qahirədəki Polis Akademiyasında keçirilən prosesə edam olunan məhkumlara geyindirilən qırmızı paltarla gətirilib.

Qətər üçün casusluqda və həbsxanalara basqında ittiham olunan Mursi barəsində iyunun 16-da edam qərarı verilib. Misir məhkəməsi daha əvvəlki iclasında Məhəmməd Mursinin ömürlük azadlıqdan məhrum edildiyini açıqlamışdı.

Misirdə barəsində hələ hökm verilməmiş şəxslər məhkəmə iclaslarına ağ, hökm verilənlər mavi, edam qərarı verilənlər isə qırmızı paltarla gətirilir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR