• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

İŞİD-in Türkiyə sərhədində qazdığı tunel ortaya çıxdı - FOTO

  • Dünya
  • 22 İyun 2015 12:59
  • 486 Baxış
İŞİD-in Türkiyə sərhədində qazdığı tunel ortaya çıxdı - FOTO

İŞİD terror təşkilatından təmizlənən Suriyanın Tel-Abyad şəhərində 500 metrlik bir tunel tapılıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, uzunluğu təxminən 500 metr olan tunelin Türkiyə sərhədinə çatmadan yarımçıq qaldığı bildirilir.

Tel-Abyadda nəzarəti təmin edən YPG gücləri (PKK terror təşkilatının Suriya qolu PYD-nin silahlı qanadı) şəhərdə və şəhərin ətrafında axtarışlara başlayıb. İŞİD-in Tel-Abyaddan Türkiyənin Akçakale sərhəd qapısına doğru qazdığı təxmin edilən tunelin hündürlüyü 2, eni isə 1-1,5 metrdir. Ancaq tunelin hansı məqsədlə qazıldığı dəqiq deyil.

Xəbərdəki bir iddiada isə deyilir ki, İŞİD tuneli Türkiyəyə qədər apararaq lazımi hərbi və qida tələbatını təmin etmək üçün qazıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR