NATO Putinsiz Rusiya ilə qarşıdurmaya hazırlaşır – MƏXFİ SƏNƏD
Bizi izləyin

Dünya

NATO Putinsiz Rusiya ilə qarşıdurmaya hazırlaşır – MƏXFİ SƏNƏD

“NATO Rusiyanın yaxın gələcəkdə öz xarici siyasət kursunu dəyişdirəcəyinə əmin deyil. NATO bloku hətta Vladimir Putinin gedişindən sonrakı dövr üçün də Moskva ilə qarşıdurmaya hazırlaşır”.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) başçısı Eşton Karter bildirib.

“NATO-nun strategiyası onunla əsaslandırılıb ki, Rusiya Vladimir Putinin rəhbərliyi altında, hətta ondan sonra da dəyişməyə bilər”, - Pentaqon rəhbəri deyib.

“Reuters”in məlumatına görə, hərbi ittifaqın müdafiə nazirləri bu həftənin ortalarında Brüsseldə toplantı keçirəcək. Toplantıda NATO-nun komandanlığı tərəfindən hazırlanan məxfi sənədə baxılacaq. Məlumata görə, hərbi alyans Moskvanın nüvə potensialının real imkanlarını diqqətlə təhlil etmək niyyətindədir.

Qeyd edək ki, Rusiya prezidentinin ötən həftə verdiyi bəyanat NATO rəhbərliyində ciddi narahatlıq yaradıb. Vladimir Putin Moskvada keçirilən “Armiya-2015” müdafiə sərgisində bildirib ki, Rusiya yaxın vaxtlarda ordunun arsenalına 40 yeni qitələrarası ballistik raketi daxil edəcək. O, bu raketlərin ən müasir müdafiə sistemlərini belə aşa biləcəyini deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm