
İranda haqqında edam hökmü çıxarılan məhkum insanları
heyrətləndirib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər
verir ki, edam edilmək üçün çıxarıldığı kürsüdə dəqiqələrlə
müqavimət göstərən şəxs ətrafında nə varsa təpikləməyə
başlayıb.
Sonda qandalı qırmağı bacaran məhkum cəlladların üzərinə hücum
çəkib. Bu hadisəni edamı seyr edən bir nəfər mobil telefonun
yaddaşına köçürüb. Hadisə saniyə-saniyə görüntülənib.
Edam edilmək istəməyən məhkum cəlladların əlindən xilas ola bilməyib. Məhkumun yenidən edam olub-olmadığı isə bilinmir. İranda baş verən bu qəribə hadisə edamı seyr edən hər kəsi şoka salıb.