Ukrayna ordusunun baş analitiki “DXR”-in tərəfinə keçdi
Bizi izləyin

Dünya

Ukrayna ordusunun baş analitiki “DXR”-in tərəfinə keçdi

Ukraynanın müdafiə nazirinin keçmiş köməkçisi, general-mayor Aleksandr Kolomies “Donetsk Xalq Respublikası” (“DXR”) separatçı qurumun tərəfinə keçib.

Publika.az “lenta.ru” saytına istinadən xəbər verir ki, general-mayor bu barədə mətbuat konfransında bildirib.

Kolomiesin Müdafiə Nazirliyindəki son vəzifəsi silahlı qüvvələrin baş analitiki olub. O, ailəsi ilə birlikdə Kiyevdən köçdüyünü deyib.

“Ukrayna ordusunun bir çox zabiti zəng edərək bura qayıtmaq istədiyini bildirirlər. Amma onlar buraxılmayacaqlarından qorxurlar. Hələ ki yalnız danışıqlar gedir, amma düşünürəm ki, onlar yaxın vaxtlarda qayıdacaqlar. Anti-terror əməliyyatları dövründə DXR-nin tərəfinə yüzlərlə ukraynalı hərbi qulluqçu keçib”, - o söyləyib.

Ukrayna ordusunun potensialının hazırda son dərəcə aşağı olduğunu deyən general-mayor Donbas hövzəsində millətçi könüllü qrupların daha fəal vuruşduğunu deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm