Avropol İŞİD-ə müharibə elan etdi
Bizi izləyin

Dünya

Avropol İŞİD-ə müharibə elan etdi

Avropa Birliyinin polis xidməti (Avropol) İŞİD terror təşkilatı ilə mübarizə aparmaq üçün xüsusi bölmə yaradır.

Publika.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, xüsusi bölmə İŞİD-in internetdəki təbliğat mənbələrinin üzə çıxarılması ilə məşğul olacaq.

Nəşrin yazdığına görə, ekspertlər qrupu 1 iyulda fəaliyyətə başlayacaq. Avropolun rəhbəri Roba Ueynraytın sözlərinə görə, yeni xidmət sosial şəbəkələrin monitorinqini aparacaq. Xüsusi bölmənin işinə təbliğat mənbələrinin üzə çıxarılmasından sonrakı iki saat ərzində ekstremistlərin hesablarının dondurulması daxil olacaq. Roba Ueynrayt əlavə edib ki, polis bir neçə dildə fəaliyyət göstərən hesabları müəyyən etmək üçün sosial şəbəkələrin rəhbərləri ilə əməkdaşlıq edəcək.

Amma o, Avropolla əməkdaşlıq etməyə razılaşmış sosial şəbəkələrin adlarını açıqlamayıb.

Məlumata görə, gün ərzində İŞİD-lə bağlı təxminən 100 min xəbər yazılır. İŞİD bunun üçün sosial şəbəkələrdə terrorçularla bağlı 45-50 minə qədər hesabdan istifadə olunur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm