• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Papa Fransisk protestantlardan üzr istədi

  • Dünya
  • 23 İyun 2015 01:36
  • 252 Baxış
Papa Fransisk protestantlardan üzr istədi

Son vaxtlar İtaliya daxilində səfərlərə üstünlük verən Roma papası Fransisk Torino şəhərindəki Valdesi Protestant Kilsəsini ziyarət edərək tarixi addım atıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Papa Fransisk ötən əsrlərdə Katolik kilsəsinin zülmünə məruz qalan Protestant Kilsəsinin nümayəndələrindən üzr istəyib.

“Sizdən Katolik kilsəsi adından xristianlığa, hətta insanlığa sığmayan yanaşmalara görə üzr istəyirəm. Bizi bağışlayın”, - katoliklərin dini lideri deyib.

İtaliyanın Torino şəhərindəki Valdesi Protestant Kilsəsi XII əsrdə Fransanın Lion şəhərindən gələn tacir Peter Valdo tərəfindən qurulub. Valdo və ona inananlar həmin dövrdə Vatikanın təzyiqlərinə məruz qalmışdı.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR