İŞİD-in dağıtdıqlarını “İndiana Jones” toplayacaq
Bizi izləyin

Dünya

İŞİD-in dağıtdıqlarını “İndiana Jones” toplayacaq

İraqdakı Mosul muzeyində tarixi heykəlləri dağıdan və Mosul Xalq Kitabxanasında 10 minə yaxın kitabı yandıran İŞİD terror qruplaşması ötən ay Suriyada ələ keçirdiyi antik şəhər qalıqlarını da minalayıb.

Publika.az-ın “Daily Mail” xəbər portalına istinadən verdiyi məlumata görə, İngiltərə hökuməti tarixi abidələrin yoxlanılması və bərpası üçün “Indiana Jones”a bənzər arxeoloqlarına müvafiq təlimatlar verib.

“Daily Mail” yazır ki, İngilis filmlərində öz köynək, şlyapa və qamçısı ilə tanınan macərapərəst arxeoloq “Indiana Jones” qəhrəman obrazı bu dəfə real olaraq İŞİD-ə qarşı həyata keçiriləcək.

“Qurtarma arxeoloqları” adlanan və mütəxəssislərdən ibarət olan bu qrup İngiltərə hökumətinin tapşırığı ilə yaxın günlərdə İraq, Suriya və Liviyaya ezam olunaraq, burada dağıdılmış abidələri xilas etməyə çalışacaqlar.

Operativ rabitə əlaqələri ilə təchiz olunacaq arxeoloq qrupu gözlənilə bilən hər hansı hücuma qarşı da hazırlıqlı olacağı nəzərdə tutulur.

Bundan əlavə, arxeoloji qrupun həmin ərazilərdə aparacağı bütün fəaliyyət video lentə alınacaq.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm