MHP “kürd məsələsi”nin həlli üçün şərtini açıqladı
Bizi izləyin

Dünya

MHP “kürd məsələsi”nin həlli üçün şərtini açıqladı

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalının məsləhətçisi Metin Özkan “kürd məsələsi”nin həlli üçün partiyanın yeganə şərtini açıqlayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, NTV kanalının canlı efirində sualları cavablandıran Özkan MHP-nin “qırmızı xətt”i olan problemin həlli üçün PKK-nın silahı yerə qoymasının vacib olduğunu açıqlayıb.

“MHP anaların ağlamasını istəmir. Ölkənin şərqındəki qardaşlarımızın üzərində PKK təhdidinin qalmasını istəmirik. Problemin həlli prosesində MHP-nin “qırmızı xət”ləri var. Terror təşkilatı silahı mütləq yerə qoymalı və dövlətlə masaya oturarkən qəti şəkildə heç bir şərt irəli sürülməməlidir”, - Bağçalının köməkçisi bildirib.

O, təmsil etdiyi partiyanın Xalqların Demokratik Partiyası (HDP) ilə koalisiyaya daxil olmağın mümkünsüzlüyünü növbəti dəfə bəyan edib: “Bu ölkədə “Hörmətli Öcalan” deyən Səlahəddin Demirtaşla necə koalisiya qura bilərik. Bu ölkənin təhlükəsizlik müdirini sillələyən HDP millət vəkilidir. Bizim onlarla bir araya gəlməyimizi istəyənlər PKK-ya simpatiya bəsləyənlərdir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm