Hamını bəzəyib özü lüt gəzən Avropanın modern şəhərlərindəki səfillər - FOTOLAR
Bizi izləyin

Dünya

Hamını bəzəyib özü lüt gəzən Avropanın modern şəhərlərindəki səfillər - FOTOLAR

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Komissiyası Yer üzündə 100 milyon insanın səfil həyatını yaşadığını, dilənçilərin sayının artdığını bəyan edib. Qəribədir ki, səfil həyatı yaşayanların bir qismi Avropanın aparıcı dövlətlərinin vətəndaşlarıdır. Həmin dövlətlər ki, onlar bəzi ölkələri vətəndaşlarının sosial rifah halını yaxşılaşdırmamaqda ittiham edirlər.

Publika.az Avropa ölkələrinin səfillərinin mövcud yaşayış səviyyəsi haqda yazını təqdim edir:

Səfillərin üstünlük təşkil etdiyi Lissabonun bəzi küçələri gecələr yoxsullarla dolu olur. Əgər nə vaxtsa Portuqaliyanın paytaxtında gecə gəzintisinə çıxsanız, küçələrdə yerə yıxılıb yatanları görsəniz, təəccüblənməyin. Təkcə onu demək ki, təkcə paytaxtın 4 əsas küçəsindəki dilənçilərin sayı 300-dən çoxdur. Onlar xüsusən Portuda kütləvilikləri ilə seçilirlər.

Bu yaxınlarda mütəxəssislərin açıqladıqları faktlar bir çoxlarının təəccübünə və həm də təəssüfünə səbəb oldu. Sən demə Dublində (İrlandiya) hər gün 7 nəfər evsiz qalır. Təkcə bunu qeyd etmək yerinə düşər ki, 2013-cü ildə burada 2366 küçələrdə gecələyirdi.

Antik dövrdə İtaliyanın paytaxtı Romada geniş yayılmış “Çörək və tamaşa” elə indi də mövcudluğunu davam etdirir. Bu ölkənin ən böyük şəhərində 7000, ümumilikdə İtaliyada isə 17000 səfil ömürlərinin sonunu gözləyirlər.
Rəsmi statistikaya əsasən Yunanıstanda 20 000-dən çox yoxsul yaşayır. Onların 9000 nəfərdən çoxu Afinanın payına düşür.

Macarıstanın paytaxtı Budapeştdə də minlərlə insan dilənçiliklə yaşayır. Bu ölkənin əsas şəhərindəki yoxsulların rəsmi qeydiyyata alınmış sayları 10 000-dən çoxdur. Macarıstan hökuməti bir qədər əvvəl dilənçiliyin “kökünü kəsmək” üçün əcaib qadağa qəbul etdi. Lakin bu yasaq da səfil həyatı yaşayan insanların sayının azalmasına təsir göstərmədi. Hal-hazırda budapeştli “bomj”ların 6000 nəfəri sığınacaqlarla təmin olunublar.

Bəzi soydaşlarımızın “yel əsib qoz tökülən” məkan kimi təsəvvür etdikləri, pul qazanmaq üçün üz tutduqları şimal qonşumuz da bu baxımda qərb ölkələrindən geri qalmır.

Rusiyada 5 milyon insan yoxsul kimi qeydiyyata alınıb. Onlardan 1 milyonu yeniyetmələr, hətta uşaqlardır. Rəsmi məlumatlara görə, hal-hazırda Moskvada 50 000 səfil yaşayır. Onlar arasında soydaşlarımız da var.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm