İŞİD bu şəhərin altına mina döşədi
Bizi izləyin

Dünya

İŞİD bu şəhərin altına mina döşədi

İŞİD terror təşkilatı BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatının (YUNESKO) Dünya Mədəniyyət Mirasları siyahısına daxil etdiyi Suriyanın antik Palmira şəhərinə partlayıcılar və mina döşəyib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə baş ofisi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatından bildirilib.

“İŞİD-in üzvləri şəhərdə minalar və partlayıcı maddələr döşəyib. Onların bunu tarixi əsərləri məhv etmək, yaxud da Suriya ordusunu şəhərdən uzaq saxlamaq üçün etdiyini hələ bilmirik”, - təşkilatın açıqlamasında deyilir.

Yaxın Şərqin ən əhəmiyyətli antik mədəniyyət komplekslərinə ev sahibliyi edən Palmira həmçinin antik dövrün əsas ticarət mərkəzlərindən biri olub. Mütəxəssislər mədəniyyət tarixində əhəmiyyətli yer tutan Palmiranın İraqda məhv edilən tarixi şəhərlərinin aqibətini yaşaya biləcəyindən ehtiyat edirlər. İŞİD bundan əvvəl İraqın antik şəhərləri Himrud və Hatranı dünyanın gözü qarşısında məhv edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm