Moskvalı "bomj" “YouTube”da kanalını yaradıb - VİDEO
Bizi izləyin

Dünya

Moskvalı "bomj" “YouTube”da kanalını yaradıb - VİDEO

Moskvalı "bomj" Yevgeniy Yakut üç həftə ərzində “YouTube”da 9 min abunəçi toplayıb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Yakut həm də “YouTube”da kanalını yaradıb.

Paytaxt bomjlarının həyatı haqqında xəbərlər hazırlayan “Podmoskove 360” kanalının aparıcısı qeyd edib ki, Yakut “YouTube”da öz kanalını yaratmaq fikrinə bir dəfə vağzala isinməyə gələn zaman düşüb. O, burada hazırladığı videoçarxları yüksək reytinq qazanan blogger haqqında televiziya verilişinə baxıb. Yevgeniy Yakut bundan sonra onun operatoru olmağa razılaşan cavan adamla tanış olub. İndi onlar şəhərdə birlikdə hərəkət edir və bomja məşhurluq qazandıran videosüjetlər hazırlayırlar.

Ancaq operatorun fikrincə, çətin ki, bununla varlanmağı bacaracaqlar: “Reklamdan qazanmaq lazımdır, amma mən şübhələnirəm ki, reklam verən kimsə tapılacaq”.

Eyni zamanda “Podmoskove 360” dəqiqləşdirib ki, artıq prodüser Kiril Reşetnikov operator və bomjla maraqlanıb. Məlumata görə, Yevgeniy Yakutun videosüjetlərini izləyənlərin ümumi sayı 200 mini keçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm