Erməni nümayişçilər Azadlıq meydanına qayıtmamağa qərar verdilər
Bizi izləyin

Dünya

Erməni nümayişçilər Azadlıq meydanına qayıtmamağa qərar verdilər

Elektrik enerjisinin tariflərinin artırılmasına qarşı İrəvanda keçirilən etiraz aksiyasının iştirakçıları Azadlıq meydanına qayıtmamaq barədə qərar qəbul ediblər.

Publika.azh “news.am” saytına istinadən xəbər verir ki, Baqramyan prospektində 3 saat davam edən oturaq etiraz aksiyasından sonra aksiyanın iştirakçıları sonrakı hərəkətləri barədə müzakirələr aparıblar.

Aksiyaçıların liderlərindən olan Maksim Sarkisyan Azadlıq meydanına qayıtmağı və orada müzakirələrin davam etdirilməsini təklif edib. Nümayişçilərin digər bir hissəsi bildirib ki, Baqramyan prospektini tərk etməyəcəklər. Təxminən 10-15 dəqiqəlik müzakirələrdən sonra aksiya iştirakçıları Baqramyan prospektində qalmaq barədə qərar veriblər.

İrəvan polisinin rəis müavini Valeri Osipyan deyib ki, onlara yaxınlıqdakı evlərin sakinlərindən çoxsaylı şikayətlər daxil olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm