• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İstidən ölənlərin sayı 500-ü keçdi – VİDEO/ FOTOLAR

  • Dünya
  • 23 İyun 2015 11:49
  • 695 Baxış
İstidən ölənlərin sayı 500-ü keçdi – VİDEO/ FOTOLAR

Anomal istilər Pakistanın Sind əyaləti və Kəraçi şəhərində 572 nəfərin ölümünə səbəb olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Kəraçi şəhərində havanın temperaturu 45 dərəcəyə kimi qalxıb. Həkimlər sakinləri evdən bayıra çıxmamağa və pambıq parçadan hazırlanmış geyimdən istifadə etməməyə çağırır.

İsti hava şəraiti ucbatından elektrik enerjisinin verilməsində də nöqsanlar yaranıb. İstidən əziyyət çəkənlər üçün müvəqqəti reabilitasiya düşərgələrinin salınması gözlənilir.

Sinoptiklərin məlumatına görə, Pakistanda anomal istilər bir neçə gün davam edəcək. Sonradan isə isti hava kütləsi yağış və şimşəklə əvəzlənəcək.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR