ABŞ İŞİD və Əsədlə döyüşənlərə maaş verəcək
Bizi izləyin

Dünya

ABŞ İŞİD və Əsədlə döyüşənlərə maaş verəcək

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İŞİD terror təşkilatı və Bəşər Əsəd rejiminə qarşı döyüşəcək suriyalılara ödənəcək aylıq maaşın məbləğini açıqlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Pentaqon İŞİD-lə döyüşəcək suriyalılara aylıq maaş ödəyəcək.

Pentaqonun sözçüsü Elissa Smit döyüş qabiliyyəti və liderlik xüsusiyyətlərindən asılı olaraq maaşın 250 dollardan 400 dollara qədər dəyişəcəyini deyib.

Elissa Smit həm İŞİD, həm də Bəşər Əsəd rejiminə qarşı döyüşəcək güclərə verilən hərbi təlimlərin bir neçə ay davam edəcəyini bildirib. O, hazırda 90 nəfərin təlim aldığını, ilin sonuna qədər bu rəqəmin 3 min, 12 ay ərzində isə 5400 olacağına ümid etdiklərini söyləyib.

Suriyalıların iştirak etdiyi “təlim-təchiz” proqramına Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı ev sahibliyi edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm