İrəvanda jurnalistlərə qarşı polis qəddarlığı - VİDEO
Bizi izləyin

Dünya

İrəvanda jurnalistlərə qarşı polis qəddarlığı - VİDEO

Xəbər verildiyi kimi, elektrik enerjisinin qiymətinin artırılmasına etiraz olaraq İrəvanda keçirilən aksiya polis tərəfindən zorakılıqla dağıdılıb.

Publika.az xəbər verir ki, sosial şəbəkələrdə erməni polisinin öz xidməti borcunu yerinə yetirən jurnalistlərə qarşı qəddarlığını göstərən görüntülər yayılıb.

Görüntülərdə polisin jurnalistlərin əlindəki kameraları, mikrofon və fotoaparatları zorla aldığı görünür.

Son informasiyaya görə, aksiyanın 237 iştirakçısı saxlanılıb. Aksiya iştirakçılarının verdiyi məlumata görə, saxlanılanlar arasında jurnalistlər də var. Lakin onların sayı açıqlanmayıb. “Qala” və “Nyuz” internet-nəşrlərin jurnalistləri və “Azadlıq” radiostansiyasının erməni xidmətinin müxbirinin saxlanıldığı deyilir. Bəzi məlumatlara görə, “Qala” internet nəşrinin jurnalisti Paylak Faxradyan döyülüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm