• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Yanukoviç Maydandakı qətllərdə məsuliyyətini etiraf etdi

  • Dünya
  • 23 İyun 2015 14:58
  • 304 Baxış
Yanukoviç Maydandakı qətllərdə məsuliyyətini etiraf etdi

2014-cü ilin fevralında Ukraynadan qaçaraq Rusiyaya sığınan keçmiş prezident Viktor Yanukoviç Qərb KİV-inə ilk müsahibəsini verib.

Publika.az xəbər verir ki, Yanukoviç “VVS-Newsnight” nəşrinin jurnalisti ilə söhbətində ölkədən qaçışı, Maydanda insanların güllələnməsi və digər məsələlər barəsində danışıb.

Yanukoviç bildirib ki, 2014-cü ilin fevralında Maydanda qətllərə görə öz məsuliyyətinə inkar etmir. Amma onun sözlərinə görə, təhlükəsizlik orqanlarının əməkdaşlarına atəş açmaq barədə göstəriş verməyib.

Yanukoviç həmçinin deyib ki, “Mejiqore” iqamətgahı və oradakı cah-calal ona aid deyil. O qeyd edib ki, yalnız iqamətgahın ərazisində yerləşən 630 kvadratmetrlik ev ona məxsus olub. Yanukoçiv həmin ev üçün 3 milyon dollardan çox şəxsi vəsaitini ödəyib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR