Erməni polisinin döydüyü mitinq iştirakçısı yaddaşını itirib - FOTO
Bizi izləyin

Dünya

Erməni polisinin döydüyü mitinq iştirakçısı yaddaşını itirib - FOTO

İrəvanda keçirilən etiraz aksiyasında döyülən aksiya iştirakçısı yaddaşını itirib.

Publika.az xəbər verir ki, 40 yaşlı aksiya iştirakçısı ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin dediyinə görə, o qədər döyülüb ki, adını belə xatırlamır.

Erməni mediasının yaydığı xəbərlərə görə, döyülənlər arasında İrəvanın Müasir İncəsənət Universitetinin direktoru Nazaret Karoyan da var. Onun da aksiyada xəsarət aldığı bildirilir.

Ümumilikdə elektrik enerjisinin qiymətinin artmasına etiraz edən aksiya iştirakçılarından 18 nəfər müxtəlif dərəcəli xəsarət alıb. 237 nəfər həbs edilib. Aksiyanı lentə alan Qalatv, epress və Azadlıq radiosunun İrəvan bürosunun jurnalistlərinə qarşı təzyiq olub. Onların kameraları əllərindən alınıb.

İrəvanın Azadlıq meydanına giriş qadağan edilib.









Oxumağa davam et
Reklam
Reklam

Gündəm