Prezidentin inauqurasiyasında gün vurmuş əsgərin vəziyyəti ağırlaşdı
Bizi izləyin

Dünya

Prezidentin inauqurasiyasında gün vurmuş əsgərin vəziyyəti ağırlaşdı

Ukrayna prezidenti Petr Poroşenkonun inauqurasiya mərasimində yıxılmış fəxri qaravulun əsgəri Aleksandr Cikalonun vəziyyəti ağırlaşıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bir ildən artıqdır, səhhətində dönüş yaranmayan keçmiş əsgərin sağlıq durumu daha da pisləşib.

Qeyd edək ki, Aleksandr Sikalo bir il bundan əvvəl prezidentin inauqurasiyasında günvurmadan yıxılmışdı. Hadisə parlamentin binası qarşısında 3 saatlıq inauqurasiya zamanı baş vermişdi. Ən acınacaqlısı o idi ki, saatlarla günün altında qalmış əsgər prezident onun yanından keçərkən baş gicəllənmədən yerə yıxılmışdı. Həmin vaxt Kiyevdəki hərbi hospitala yerləşdirilən əsgər normal müalicə ala bilməyib və onu tezliklə evə buraxıblar. Hərbi xidmətdən evə - Çerkask vilayətinə qayıdan Aleksandr Sikalonu müayinə etmiş həkim onun səhhətindəki problemin ağır olduğunu bildirib.

Çerkaskdakı müalicə keçmiş əsgərin ailəsinə 3000 qrivinə başa gəlmişdi. Sikalonun keyfiyyətli tibbi xidmət görməməsi onun səhhətindəki problemin ağır fəsadlara yol açmasına səbəb olub.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm