Şok iddia: Səudiyyədə 20 MOSSAD agenti öldürüldü
Bizi izləyin

Dünya

Şok iddia: Səudiyyədə 20 MOSSAD agenti öldürüldü

Yəmənli Husilər Səudiyyə Ərəbistanın cənubundakı hərbi bazaya hücum ediblər.

Publika.az İranın FARS informasiya agentliyinə istinadən xəbər verir ki, hücumda 20 MOSSAD (İsrailin kəşfiyyat təşkilatı) agenti və 63 səudiyyəli əsgər öldürülüb.

Agentliyin kəşfiyyat mənbələrinə istinad etdiyi xəbərə görə, ölkənin Hərbi Hava Qüvvələrinin komandiri general-leytenant Əhməd Əl-Şalan da ölənlər arasındadır. Səudiyyə Ərəbistanı rəsmi açıqlamasında Əhməd Əl-Şalanın işi ilə bağlı etdiyi bir səfərində öldüyünü təsdiqləyib. Şalanın cəsədi ötən həftənin şənbə günü Ər-Riyad hava limanına gətirilib.

Agentlik qeyd edir ki, Husilə hərbi bazaya “Scud” raketləri atıb. Səudiyyə ordusunun arsenalındakı “Patriot” müdafiə sistemləri 15 raketdən yalnız ikisini zərərsizləşdirə bilib, digərləri isə hədəfə çatıb. Xəbərə görə, hücum iyunun 6-da olub. Lakin Əhməd Əl-Şalanın ölümü 10 iyuna qədər gizli saxlanılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm