İŞİD silahlısı öz ölümünü lentə aldı - VİDEO
Bizi izləyin

Dünya

İŞİD silahlısı öz ölümünü lentə aldı - VİDEO

İraqın Ramadi şəhərində çəkilən bir videoda İŞİD terror təşkilatının üzvü öz ölümünü lentə alıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, görüntülər İŞİD üzvünün baş geyiminə yerləşdirilən kamera tərəfindən qeydə alınıb.

Videoda bir qrup İŞİD üzvünün hücumu göstərilir. Qrup əvvəlcə ərazini atəşə tutur və İraq əsgərlərini axtarır. Boş bir evə basqın edən İŞİD silahlıları İraq əsgərlərinin pusqusuna düşür. Evin damında dayanan İraq əsgəri terror təşkilatının üzvlərindən birini öldürür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm