İsveçrədən Əsəd ailəsinə ağır zərbə
Bizi izləyin

Dünya

İsveçrədən Əsəd ailəsinə ağır zərbə

İsveçrənin Federal Məhkəməsi Suriya prezidenti Bəşər Əsədin əmisi oğlu Rami Makloufun İsveçrə banklarındakı maliyyə hesablarını dondurub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, məhkəmə qərarını Rami Makloufun Əsədrejiminə maliyyə dəstəyi verməsi ilə izah edib.

Əsədin əmisi oğlu Federal Məhkəmənin qərarından İsveçrə Apellyasiya Məhkəməsinə şikayət edib. O, məhkəmə xərci olan 50 min İsveçrə frankını məhkəmənin hesabına ödəyib. Apellyasiya Məhkəməsi də Federal Məhkəmənin qərarını təsdiqləyərək Rami Makloufun etirazını rədd edib.

İsveçrə hökuməti 2013-cü ildə bu ölkəyə gəlmək istəyən Rami Maklouf və qardaşı Hafiz Makloufun viza istəyini rədd etmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm