• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Skandinaviyalılar min liviyalı immiqrantı xilas etdilər

  • Dünya
  • 24 İyun 2015 07:04
  • 318 Baxış
Skandinaviyalılar min liviyalı immiqrantı xilas etdilər

İyunun 22-də Norveç və Danimarkaya məxsus gəmilər Liviyaya sahillərində kiçik qayıqlarla Aralıq dənizini keçməyə çalışan təxminən min nəfəri xilas edib.

Publika.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, bu barədə “Siem Pilot” Norveç gəmisinin kapitanı Sveyn Kvalavoq bildirib. Onun sözlərinə görə, gəmi heyəti iyunun 22-də Liviyanın paytaxtı Tripolidən iki taxta qayıqla yola çıxan 671 liviyalını xilas edib.

Neft məhsulları daşıyan “Torm” şirkətinin (Danimarka) nümayəndəsi Yesper Yensen bildirib ki, bazar ertəsi onların tankeri İtaliyanın sahil mühafizə xidmətindən çağırış qəbul edib və fövqəladə vəziyyətdə olan iki qayıq haqqında məlumat verilib. İki qayıqdan ümumilikdə 222 nəfər xilas edilib və yeməklə təmin edilən liviyalılar İtaliyanın cənubundakı limanlarından birinə aparılıb.

Qeyd edək ki, vətəndaş müharibəsinin getdiyi Liviyanın yüz minlərlə vətəndaşı ölkəni tərk etməyə çalışır. Bu ilin əvvəlindən 50 mindən çox immiqrant Avropaya yola düşüb. Onlardan təxminən iki mini Avropa sahillərinə çata bilməyib və dənizdə batıb. Avropa Birliyinin xarici işlər nazirləri mayın 18-də qeyri-qanuni immiqrant axınlarına qarşı birgə mübarizənin aparılması barədə razılaşıblar. Razılaşma Aralıq dənizində patrul xidmətinin gücləndirilməsini nəzərdə tutur.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR