Yanğına qəzəblənib “Instagram”ı qadağan etdi
Bizi izləyin

Dünya

Yanğına qəzəblənib “Instagram”ı qadağan etdi

Paytaxt Pxenyanda yerləşən Koryo otelində baş verən yanğınla bağlı fotoşəkillərin “Instagram”da paylaşılması Şimali Koreyanın gənc lideri Kim Çen İni qəzəbləndirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, dövlət başçısı ölkəsində “Instagram”ın bağlanılması barədə göstəriş verib.

Ölkədə internetdən istifadə məhdudlaşdırıldığı və media orqanları tamamilə dövlət nəzarətində olduğu üçün 1985-ci ildə tikilən oteldəki yanğın orada qalan turistlərin “Instagram”da paylaşdığı fotoşəkillər sayəsində ortaya çıxıb.

Şimali Koreyada əhalinin böyük hissəsi internetdən istifadə edə bilmir. Ölkəyə gələn xarici vətəndaşlar yalnız mobil telefonlarla internetə daxil olur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm