Kreml SSRİ-nin qisasını alır: ABŞ-ın dağıdılması planı işə düşüb
Bizi izləyin

Dünya

Kreml SSRİ-nin qisasını alır: ABŞ-ın dağıdılması planı işə düşüb

“Rusiya hakimiyyəti ABŞ-ın Texas ştatında separatçıları dəstəkləyir”.

Publika.az xəbər verir ki, bu iddianı ABŞ-ın “Politico” nəşri səsləndirib.

Amerika nəşri hesab edir ki, Texas ştatının mümkün müstəqilliyi Sovet İttifaqının dağılmasında ABŞ-ı ittiham edən Moskva üçün “şirin hesablaşma” ola bilərdi. “Politico” nəşri iddiasını əsaslandırmaq üçün Rusiya prezidenti Vladimir Putinin sözlərini sitat gətirib.

“Biz Qərbdə rəsmi şəxslərdən eşidirik ki, Sibirin Rusiyaya aid olması ədalətsizdir. Amma Texas Meksikadan qoparılıb. Bu ədalətlidirmi?” - Rusiya lideri 18 dekabr 2014-cü ildə mətbuat konfransında bildirib.

“Politico” həmçinin qeyd edir ki, Kreml Krımın ilhaqından sonra Qərbdə separatizm əhval-ruhiyyələrini fəal şəkildə dəstəkləyir, Rusiya KİV-i Venesiya, Şotlandiya və Kataloniyada baş verənləri həvəslə işıqlandırır.

Bundan başqa, qəzetin məlumatına görə, 2014-cü ilin yazında “Texas Millətçi Hərəkatı”nın başçısı Natan Smit Sankt-Peterburqa səfər edib. Natan Smit bildirib ki, onun hərəkatını ştatda 250 min insan (Texas ştatında 27,6 milyon insan yaşayır) dəstəkləyir. “Onlar özlərini ilk növbədə texaslı hesab edirlər, amma hazırda amerikalı qalmağa məcbur ediliblər. ABŞ-da demokratiya deyil, diktatura hökm sürür”, - Smit deyib.

Məqalənin müəllifləri həmçinin Çeçenistan Respublikası parlamentinin spikeri Dukuvaxa Əbdürrəhmanovun bəyanatını xatırladıb. Əbdürrəhmanov bu ilin yazında xəbərdarlıq edib ki, ABŞ əgər Ukraynaya silah çatdırmağa başlasa, Rusiya Meksikanı yeni silahlarla təmin edəcək. Çeçen siyasətçinin sözlərinə görə, ABŞ tərəfindən zəbt edilmiş Kaliforniya, Nyu-Meksika, Arizona, Nevada, Yuta və Kolorado ştatlarının statusu haqqında müzakirələr yenilənə bilər.

Qeyd edək ki, Texas suveren dövlət olaraq ABŞ-ın tərkibinə daxil olan yeganə ştatdır. Birləşmənin əsas şərtlərindən birinə görə, Texas arzuladığı vaxt ABŞ-ın tərkibindən çıxa bilər. Texas əhalinin sayına görə yalnız Kaliforniya, ərazinin böyüklüyünə görə isə yalnız Alyaskadan geri qalır. Texas ABŞ-dan malların əsas ixracatçısıdır. Ştatın digər ölkələrlə ticarət dövriyyəsi ildə 100 milyard dollardan çox təşkil edir. Əgər Texas müstəqil dövlət olsa, dünyanın (2012-ci ilin göstəricilərinə görə) 14-cü ən böyük iqtisadiyyatına malik olar. Bu isə Cənubi Koreya və Niderland kimi ölkələrdən daha yüksək göstəricidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm