Jurnalistlər Yanukoviçin infarkt keçirtdiyini deyir
Bizi izləyin

Dünya

Jurnalistlər Yanukoviçin infarkt keçirtdiyini deyir

Jurnalistlər Yanukoviçin infarkt keçirtdiyini deyir

Rus qəzetlərinin biri hakimiyyətdən uzaqlaşdırılmış Ukrayna prezidenti Viktor Yanukoviç infarkt keçirdərək xəstəxanaya yerləşdirilməsini qeyd edir.

Qəzetin məlumatına əsasən, keçmiş dövlət başçısı Moskva klinikalarının birində ağır vəziyyətdə yatır. Rus qəzeti bu haqda aldığı məlumatın mənbəyini açıqlamır və bu haqda rəsmi məlumat da yayılmayıb.

Bu yaxınlarda, “Yevromaydan” fəalçısı Mixail Lebed Viktor Yanukoviçin ölümü haqqında xəbər yayıb. O, əmin edib ki, Rostov xəstəxanasına yerləşdirilən keçmiş Ukrayna prezidenti oradaca vəfat edib. Sonradan isə bu məlumatın həqiqiliyi təkzib edilib.

Viktor Yanukoviçin prezident öhdəlikləri 22 fevral Ali Rada tərəfindən ləğv edilib. Bu qərara 328 parlament üzvləri səs verib. Həmçinin, deputatlar vaxtından əvvəl prezident seçkilərinin vaxtını da müəyyən edib. Prezident seçkilərinin 25 may keçirilməsi planlaşdırılır. Yanukoviçin özü Radanın qərarını qəbul etməyib.

Yanukoviçin adı bir neçə cinayət o cümlədən də, kütləvi qətllərdə hallandırılır.

Ukraynada Yanukoviç artıq beynəlxalq axtarışa verilib. Bu gün “Azadlıq” (“Svoboda”) radiosu onun həbsi haqqında İnterpola bildiriş göndərilməsi haqqında məlumat yayıb.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm