• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

İŞİD dünyanın ən bahalı valyutasını dövriyyəyə buraxır - FOTO

  • Dünya
  • 24 İyun 2015 10:54
  • 680 Baxış
İŞİD dünyanın ən bahalı valyutasını dövriyyəyə buraxır - FOTO

İslam dövləti” (İŞİD) terror təşkilatı şəxsi valyuta olan qızıl sikkələri (dinar) kəsməyə başlayıb.

Publika.az “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, 1 qızıl dinarı 139 ABŞ dollarına bərabərdir.

Qızıl sikkələrin şəkilləri sosial şəbəkələrdə çıxıb. Dinarın bir tərəfində ərəb dilində yazılar, digər tərəfində isə dünyanın xəritəsi həkk olunub.

Nəşrin məlumatına görə, İŞİD-in valyutası yaxın vaxtlarda dövriyyəyə buraxılacaq. Terror təşkilatı şəxsi valyutanı dövriyyəyə buraxmaq barədə qərarı ötən ilin noyabrında elan edib. Bildirilib ki, “İslam dövləti” erkən islam dövründə istifadə olunan dinarları qaytarmaq niyyətindədir. İŞİD gümüşdən də sikkələr kəsmək niyyətindədir. Sikkələrin təmiz qızıl və gümüşdən kəsiləcəyi deyilir.

Hazırda dinar Əlcəzair, Bəhreyn, İran, İraq, İordaniya, Küveyt, Liviya, Serbiya, Tunis və Makedoniyada rəsmi valyutadır. Bu ölkələrdə sikkələr bahalı olmayan metallardan kəsilir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR