İrəvan polisi növbəti qəddarlığa hazırlaşır – CANLI YAYIM (YENİLƏNİB)
Bizi izləyin

Dünya

İrəvan polisi növbəti qəddarlığa hazırlaşır – CANLI YAYIM (YENİLƏNİB)

İrəvanın Baqramyan prospektində aksiya keçirən nümayişçilərlə polisin danışıqları nəticə verməyib.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, aksiya iştirakçıları prospekti tərk etmək niyyətində olmadığını bildiriblər.

Bir sıra tanınmış ictimai xadimlər, deputatlar və yüksək vəzifəli şəxslər nümayişçiləri ərazini tərk etməyə inandırmağa çalışsalar da, onlar mübarizəni davam etdirəcəklərini deyiblər. Bildirilib ki, elektrik enerjisinin bahalaşması haqqında Tarif Şurasının qəbul etdiyi qərarın ləğvinə qədər aksiya davam etdiriləcək.

11:28

İrəvanın Baqramyan prospektində dünən axşam saatlarında başlayan oturaq aksiya hələ də davam edir.

Publika.az “news.am” saytına istinadən xəbər verir ki, polis aksiya iştirakçılarına prospekti tərk edərək Azadlıq meydanına qayıtması üçün yerli vaxtla saat 10:00-a qədər vaxt verib.

Məlumata görə, hazırda Baqramyan prospekti nəqliyyatın hərəkəti üçün bağlanıb. Parlament deputatları və şoubiznes nümayəndələri nümayişçilərlə polis arasında canlı zəncir yaradıblar. Ermənistan polisinin rəis müavini Unan Poqosyan jurnalistlərə bildirib ki, nümayişçiləri Azadlıq meydanına qayıtmaq üçün razı salmağa çalışırlar.

Polisin güc tətbiq etməyəcəyi, o cümlədən xüsusi texnikadan istifadə etməyəcəyi barədə vədinə baxmayaraq, polis qüvvələri və xüsusi texnikalar hazır vəziyyətə gətirilib.

“News.am” saytının yazdığına görə, polis saat 10-dan sonra Baqramyan prospektini mühasirədən çıxarmaq üçün xüsusi ölçülər tətbiq edəcək. Deputatlar nümayişçiləri Azadlıq meydanına qayıtmaq üçün inandırmağa çalışırlar.

Hazırda məşhur sahibkar Xaçatur Sukiasyan və deputat Aleksandr Arzumanyan aksiya iştirakçıları ilə söhbət edərək hakimiyyətlə danışıqlara getməyi təklif ediblər.

Qeyd edək ki, İrəvanda etiraz aksiyaları 22 iyun tarixindən başlayıb. Aksiyaçılar elektrik enerjisinin qiymətinin növbəti dəfə artırılmasına etiraz edirlər. Polis dünən səhər saatlarında aksiyanı xüsusi texnikaların vasitəsilə amansızlıqla dağıdıb. Lakin dünən axşam saatlarından aksiyanın növbəti fəal mərhələsi başlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm