• USD 1,7025 0,00% EUR 1,8495 0,00%
    • GBP 2,1978 0,00% RUB 0,0299 0,00%

Ukraynanın erməni nazirindən nümayişçilərə dəstək

  • Dünya
  • 24 İyun 2015 12:38
  • 367 Baxış
Ukraynanın erməni nazirindən nümayişçilərə dəstək

Ukraynanın milliyyətcə erməni olan daxili işlər naziri Arsen Avakov İrəvanda elektrik enerjisinin qiymətinin artırılmasına etiraz edən aksiya iştirakçılarına dəstək nümayiş etdirib.

Publika.az xəbər verir ki, nazir “Facebook” sosial şəbəkəsindəki səhifəsində “Mənim əziz Ermənistanım!” adlı müraciətində 2014-cü ilin soyuq qış aylarında Kiyev Maydanında qarşılaşdığı çətinliklərdən bəhs edərək, erməni hakimiyyətinə etiraz edənləri möhkəm dayanmağa çağırıb.

“Mənim əziz Ermənistanım!

“Vaxt var idi ki, bizi Kiyevin Krepostnoy döngəsində döydülər. Barrikadalarımızı sökərək ümidlərimizi dağıtmaq istəyirdilər. Qış idi, qar yağırdı, biz donmuş və döyülmüş səkkiz nəfər Ukrayna bayrağının altında Maydana qayıdırdıq. Biz özümüzlə böyük ordu termosunu aparırdıq. Ayaqlar donurdu, əllər əlcəklərdə belə şaxtada donurdu. Amma biz lənətə gəlmiş soyuqda ağır 20 litrlik ordu termosunu özümüzlə Maydana aparırdıq. Simvol kimi. Azad olmaq və azadlıqdan əl çəkməyəcəyimizin simvolu kimi!

Həmin termos heç bir qızıl qoyunun yunu ilə müqayisə oluna bilməzdi. Biz onu Maydandakı düşərgəyə gətirdik… Biz ora yalnız çayı gətirmədik, biz özümüzlə düşərgəyə güclü azadlıq iradəsini gətirdik”, - Avakov yazıb.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR