Putinin yeni reytinqi açıqlandı
Bizi izləyin

Dünya

Putinin yeni reytinqi açıqlandı

Rusiyanın “Levada” tədqiqat mərkəzi prezident Vladimir Putinin iyun ayı üçün reytinqini açıqlayıb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Putin 89 faizlik reytinqlə bütün dövrlərin mütləq rekorduna nail olub.

Sorğunun nəticələrinə görə, vətəndaşların 89 faizi Vladimir Putinin fəaliyyətindən razıdır. Bu göstərici aprel-may aylarında 86, yanvarda 85, 2014-cü ilin iyununda 86, 2013-cü ilin iyununda 63, 2012-ci ilin iyununda 64 faiz olub.

Hazırda respondentlərin 10 faizi prezidentin işindən narazıdır. Rusiyanın baş naziri Dmitri Medvedevin fəaliyyətindən razı olanlar isə 66 faiz təşkil edir.

Putin rusiyalıların daha çox etibar etdiyi siyasətçilərin siyahısına da rəhbərlik edir. Onu müdafiə naziri Sergey Şoyqu, Dmitri Medvedev və xarici işlər naziri Sergey Lavrov izləyir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm