İqor Morozov: “Sarkisyan insanlara silah tətbiq etməyə çox yaxındır”
Bizi izləyin

Dünya

İqor Morozov: “Sarkisyan insanlara silah tətbiq etməyə çox yaxındır”

Rusiya Federasiya Şurasının Xarici Əlaqələr Komitəsi üzvü İqor Morozov Ermənistanda keçirilən kütləvi etiraz aksiyalarını şərh edib.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, İ.Morozov bildirib ki, Kiyevdə Ukrayna prezidenti Viktor Yanukoviçə qarşı həyata keçirilən ssenari indi də Ermənistanda təkrarlanır: “Ukrayna hadisələri indi Ermənistanda təkrarlanır. Çünki hazırda Ermənistan hakimiyyəti etirazçılara qarşı silahdan istifadə etməyə çox yaxındır. Əgər prezident Serj Sarkisyan Ukraynada baş vermiş “Maydan hadisələrindən” dərs çıxarmasa, onun da devrilməsi reallaşacaq. İrəvanda baş verən hadisələrlə Kiyevdə baş vermiş prosesin birinci mərhələsi çox oxşardır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm