Ramzan Kadırov atlara görə Qərbi ittiham etdi
Bizi izləyin

Dünya

Ramzan Kadırov atlara görə Qərbi ittiham etdi

Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov Qərbi at haqlarını tapdalamaqda ittiham edib.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, Çeçenistan lideri Kadırov Çexiyada onun yarış atlarının bəslənilməsi üçün nəzərdə tutulan vəsaitin hökumət tərəfindən ləğv edilməsinə görə əsəbini gizlətməyib:

“Qərb ölkələrinin atların ölkəyə girişinə qoyduğu bu qadağaya hətta yeni doğmuş dayçalar belə gülər. Dünyada ən sülhsevər və yaxşı heyvanlar hesab olunan atların haqlarını bu cür tapdalayan Qərb ölkələri ilə insan haqları sahəsində necə danışmaq olar? Bu mümkün deyil".

Xatırladaq ki, Çexiyanın Maliyyə Nazirliyi Ramzan Kadırovun yarış atlarına sərf olunan vəsaitlərin bir qisminin dondurulması və ölkəyə başqa at gətirilməsinin qadağan olunması barədə qərar qəbul edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm