• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

CHP-nin namizədi açıqlandı

  • Dünya
  • 24 İyun 2015 19:32
  • 331 Baxış
CHP-nin namizədi açıqlandı

Türkiyə Cümhuriyyət Xalq Partiyası (CHP) parlament sədrliyinə namizədini müəyyənləşdirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, CHP-nin keçmiş sədri, millət vəkili Dəniz Baykal partiyanın parlament sədrliyinə namizədi olub.

CHP sədri Kamal Kılıçdaroğlu bu gün Dəniz Baykalla görüşərək partiya rəhbərliyinin qəbul etdiyi qərarı ona bildirəcək. Partiyadan verilən məlumatlara görə, Baykalın həm Milliyyətçi Hərəkat Partiyası (MHP), həm də Xalqların Demokratik Partiyasından (HDP) parlament sədrliyinə seçkilərin üçüncü və dördüncü turlarında səs alacağı gözlənilir.

Qeyd edək ki, bu gündən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədrliyinə namizədlərin irəli sürülməsi prosesi başlayıb. Namizədlərin irəli sürülməsi prosesi 5 gün davam edəcək. Seçkilər isə 28 iyun-2 iyul tarixlərində keçiriləcək. Qazanılan səslərdən asılı olaraq parlament sədri dördüncü turun sonunda bəlli ola bilər.

Məlumata görə, hər hansı bir sürpriz yaşanmasa, Ədalət və İnkişaf Partiyası (AKP) öz namizədini sonuna qədər dəstəkləyəcək. Seçkilərin ilk iki turunda sədr seçilmək üçün 367 millət vəkilinin səsinə ehtiyac olacaq. Bu isə AKP ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) uzlaşacağı halda mümkündür. Çünki yalnız iki partiyanın parlamentdəki yerlərin sayı 367-dən çoxdur. Seçkilərin ilk iki turunda sədr seçilməsə, üçüncü turda 276 səsə ehtiyac olacaq. Bu turda diqqətlər AKP-Milliyyətçi Hərəkat Partiyası (MHP), AKP-Xalqların Demokratik Partiyası (HDP), yaxud da CHP-MHP-HDP uzlaşmasına yönələcək. Üç müxalifət partiyasının ümumilikdə sahib olduğu 292 mandat AKP-ni oyundan kənara itələmək üçün kifayət edir. Amma MHP ilə HDP arasında barışmaz münasibətlərin olması bu versiyanı arxa plana atır.

Seçkilərin üçüncü turunda HDP-nin sürpriz bir addım atacağı və öz namizədini geri çəkərək CHP-nin namizədinə dəstək verə biləcəyi, bu halda isə MHP-nin AKP-ni dəstəkləyəcəyi təxmin edilir. AKP ilə müxalifət partiyaları arasında razılaşmanın olmayacağı halda dördüncü tur keçiriləcək. Bu turda üçüncü turda ən çox səs qazanan iki namizəd iştirak edəcək və adi səs çoxluğu əldə edən namizəd sədr seçiləcək.

CHP-dən daha əvvəl HDP öz namizədini açıqlayıb. HDP AKP-nin qurucularından olan və son seçkilərdə HDP-dən millət vəkili seçilən Dengir Mir Mehmet Firatla seçkilərə qatılacaq.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR