25 illik həbsə görə 6,25 milyon dollar
Bizi izləyin

Dünya

25 illik həbsə görə 6,25 milyon dollar

ABŞ-ın Nyu-York şəhərinin rəhbərliyi günahsız olduğu halda 25 il həbsdə olan şəxsə 6,25 milyon dollar ödəyəcək.

Publika.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, bu barədə şəhərin xəzinədarı Skott Stringer bildirib.

“Biz barmaqlıqlar arxasında keçirdiyi vaxtı ona qaytara bilmərik, amma şəhərin rəhbərliyi haqsızlığa görə Conatan Fleminqə kompensasiya təklif edə bilər”, - xəzinədar deyib.

“The Guardian”ın yazdığına görə, Fleminq əvvəlcə məhkəmə vasitəsilə 162 milyon dollar kompensasiyanı almağı planlaşdırırdı.

Conatan Fleminq 1989-cu ilin avqustunda dostun qətlində ittiham olunaraq ömürlük azadlıqdan məhrum edilib. Həmin vaxt o, iddia edirdi ki, cinayət yerindən yüzlərlə kilometr uzaqlıqda olub. Fleminq sübut olaraq təyyarəyə biletlərini, həmçinin Orlando şəhərində mehmanxanada qaldığı vaxt ödənilən hesabın çeklərini təqdim edib. Məhkəmə isə onu cinayət başında gördüyünü iddia edən şahidlərin ifadələrinə istinad edib. Məhkəmədə bir qadın Conatanın öldürülən şəxsi necə güllələdiyini gördüyünü deyib.

Lakin 2013-cü ildə cinayətlə bağlı yeni faktlar ortaya çıxıb. Məlum olub ki, Conatanın dostunu öldürən başqasıdır. O da məlum olub ki, məhkəmədə Conatanın əleyhinə ifadə verən qadın yalan danışıb. Həmin qadının narkotik istifadəçisi olduğu üzə çıxıb. Conatan bu ilin aprelində azad edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm