Berluskoni keçmiş arvadına ayda 1,4 milyon avro ödəyəcək
Bizi izləyin

Dünya

Berluskoni keçmiş arvadına ayda 1,4 milyon avro ödəyəcək

İtaliyanın Monza şəhər məhkəməsi sabiq baş nazir Silvio Berluskoninin keçmiş arvadı Veronika Larionun iddiasını qismən təmin edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Silvio Berluskoni boşandığı həyat yoldaşına aylıq 1,4 milyon avro aliment ödəyəcək.

Veronika Lario 19 illik ailə həyatından sonra 2009-cu ildə keçmiş baş nazirdən ayrılmaq üçün ərizə verib. O, Silvio Berluskoninin ikinci arvadı olub. Lario boşanma səbəbi kimi media maqnatının xəyanətkarlığını göstərib. Berluskoninin ad günü mərasimində iştirakı ilə mübahisə mövzusuna çevrilən 18 yaşlı Noemi Letisia ailənin dağılmasına səbəb olub. Veronika Lario Berluskoninin 18 yaşından kiçik qızlarla əlaqəsinin olduğunu ifadə edərək “uşaqlarla birlikdə olan biri ilə evli qala bilmərəm” deyərək 2009-cu ilin may ayında boşanmaq qərarına gəlib.

Onların üç uşağı var. Silvio Berluskoninin əvvəlki nikahdan da iki uşağı olub.

Məlumata görə, Larionun tələb etdiyi alimentin məbləği ayda 3 milyon avro idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm