• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İrəvanda aksiya iştirakçılarından təxribat xəbərdarlığı - CANLI YAYIM

  • Dünya
  • 24 İyun 2015 23:58
  • 348 Baxış
İrəvanda aksiya iştirakçılarından təxribat xəbərdarlığı - CANLI YAYIM

İrəvanda etiraz aksiyası davam edir. Publika.az erməni mediasına istinadən xəbər verir ki, gecə olmasına baxmayaraq aksiya iştirakçılarının sayı artır.

Ermənistan paytaxtının mərkəzində - Marşal Baqramyan prospektində yerləşən Yazıçılar Evinin qarşısında keçirilən mitinqdə iştirak edənlərin sayı 4 min nəfərədək artıb. Aksiya iştirakçıları mümkün təxribatlarla bağlı polisə xəbərdar edib. Çünki aksiyanın keçirildiyi ərazidən dəmir parçaları tapılıb.

Xatırladaq ki, etiraz dalğasını elektrik enerjisinin qiymətinin artırılmasına dair qərar doğurub. İyunun 19-da Yerevanın mərkəzində başlayan fasiləsiz aksiya dünən səhərə yaxın polis tərəfindən dağıdılmışdı. Aksiyanın 237 iştirakçısı tutularaq polis bölməsinə aparılmış, 18 nəfər müxtəlif dərəcəli xəsarətlər almışdı.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR