Kiyev Donbasdakı rus hərbçilərinin sayını açıqladı
Bizi izləyin

Dünya

Kiyev Donbasdakı rus hərbçilərinin sayını açıqladı

Ukrayna prezidenti Pyotr Poroşenkonun administrasiyası Rusiyanın Donbas hövzəsindəki hərbçilərinin sayını açıqlayıb.

Publika.az “Unian.net” saytına istinadən xəbər verir ki, administrasiya başçısının müavini Andrey Taranov “5 Kanal”ın efirində Donbas hövzəsində 9 min Rusiya hərbçisinin olduğunu deyib.

Onun sözlərinə görə, bu məlumatlar Ukrayna və başqa ölkələrin kəşfiyyat qurumları tərəfindən təsdiq edilir. Andrey Taranov Ukrayna-Rusiya sərhədləri boyunca 50 min Rusiya hərbçisinin olduğunu bildirib. Administrasiya başçısının müavini hesab edir ki, rus hərbçilər Aleksandr Aleksandrov və Yevgeni Yerofeyevin tutulması faktı onun sözlərinin təsdiqi ola bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm