Amerikalı pilotun “Kürdüstan” fotoşəkli fotomontaj çıxdı
Bizi izləyin

Dünya

Amerikalı pilotun “Kürdüstan” fotoşəkli fotomontaj çıxdı

İŞİD terror qruplaşmasının mövqelərini bombaladığı iddia edilən amerikalı pilotun fotoşəklinin fotomontaj olduğu məlum olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, internetdə paylaşılan fotoşəkil 2013-cü ildə çəkilib.

Əfqanıstan səmalarında uçan kapitan Metyu Krivohlavy Texas ştatındakı qardaşının toyunda iştirak edə bilmədiyi üçün onlara təyyarənin içindən çəkdiyi video ilə bir təbrik mesajı göndərmək istəyib. Kapitanın əlindəki kağızda isə qardaşı Brandon və onun sevgilisi Mendinin adları yazılıb. Lakin fotoşəkil montaj edilərək kağızın üzərində “Kürdüstan” yazılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm