Bələdiyyənin diqqətini cəlb etmək üçün yola timsah buraxdı - FOTO
Bizi izləyin

Dünya

Bələdiyyənin diqqətini cəlb etmək üçün yola timsah buraxdı - FOTO

Hindistan vətəndaşı gölməçəyə çevrilən yolu təmir etməyən bələdiyyənin diqqətini çəkmək üçün gözlənilməz bir addım atıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Bangalore şəhərinin sakini Baadal Nanjundasvami yolun ortasında yaranan su gölməçəsinə timsah buraxıb.

Şəhərdə su borularının partlaması nəticəsində işlək yollardan birində böyük bir gölməçə yaranıb. Bələdiyyə isə piyadalar və sürücülərin şikayətlərinə baxmayaraq, yolu təmir etməyib. Baadal Nanjundasvami problemin həllini yolunu 3,5 metr uzunluğunda timsahı gölməçəyə buraxmaqda görüb. Bələdiyyə bir gün sonra yolu təmir edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm