ABŞ-ın hərbi gəmisi Çanakkalada
Bizi izləyin

Dünya

ABŞ-ın hərbi gəmisi Çanakkalada

ABŞ-ın hərbi gəmisi Çanakkalada


ABŞ donanmasına aid hərbi gəmi Türkiyənin Çanakkala boğazını keçdi.Türk mediasına istinadən xəbər verir ki, “USS Truktun” adlı gəminin boğazdan keçişi 1 saat 15 dəqiqə çəkib.

Ege dənizi tərəfdən gələrək saat 07:30-da boğaza daxil olan 103 nömrəli hərbi gəmiyə 08:00-da bir pilot minib.
Türkiyə Mühafizə Komandanlığının müşaiyət etdiyi gəmi saat 08:45-də Çanakkala boğazından keçərək Mərmərə dənizinə doğru gedib.

Sahildə olan vətəndaşların bəziləri cib telefonlarla gəmini çəkiblər.Gəminin hara getdiyi barədə dəqiq məlumat yoxdur.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm