Hamilə qadınlar üçün internet
Bizi izləyin

Dünya

Hamilə qadınlar üçün internet

Çinin texnologiya şirkəti olan Qihoo hamilə qadınların istifadə edə biləcəyi modem hazırlayıb.

Publika.az xəbər verir ki, yeni modem “Nüfüza mane olan divar”, “tarazlıq” və “hamilə qadınlar” adlı üç özəlliyə sahibdir.

Şirkət bu modemi satışa təqdim edərkən ““wi-fi” istifadəsi çox etibarlıdır, istifadə edərkən ürəyiniz rahat olsun” sözlərindən istifadə edib. Yəni, yeni modemin ““wi-fi” istifadəsi zərərli deyil.

Çünki son vaxtlar “wi-fi” olan məkanların hamilə qadınlar və uşaqlar üçün zərərli olması ilə bağlı iddialar var. Bəzi araşdırmalarda isə onun heç bir zərərinin olmadığı deyilir.

ABŞ isə “Uşaq güvənliyi üçün kabelsiz layihə” kimi kampaniya həyata keçirir. Məqsəd azyaşlı uşaqlar və hamilə qadınları riskdən qorumaqdır. Ümumdünya SəhiyyəTəşkilatı isə hələ ki, bu iddiaları nə təsdiq, nə də inkar edib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm