TBMM-nin erməni deputatından ilk layihə
Bizi izləyin

Dünya

TBMM-nin erməni deputatından ilk layihə

İyunun 23-də keçirilən andiçmə mərasimindən sonra işinə başlayan Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvləri ilk qanun təkliflərini etməyə başlayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, ilk qanun layihələrindən biri Xalqların Demokratik Partiyasının (HDP) İstanbuldan olan erməni millət vəkili Garo Paylon tərəfindən təqdim ediləcək.

Erməni millət vəkilinin təklifi Tuzlada yerləşən Erməni Yetimxanasının (Kamp Armen) sökülməməsi və sənədin qaytarılmasını nəzərdə tutur.

Cümhuriyyət Xalq Partiyası (CHP) isə ilk qanun layihəsini artıq təqdim edib. CHP-nin Antalyadan olan millət vəkili Devrim Kökün hazırladığı qanun layihəsi millət vəkillərinin partiyanı dəyişdirməsini qadağan edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm