Bina yandı, 13 nəfər həlak oldu - FOTOLAR
Bizi izləyin

Dünya

Bina yandı, 13 nəfər həlak oldu - FOTOLAR

Bu gün səhər saatlarında Çinin Çjençjou şəhərində binada baş verən yanğın zamanı 13 nəfər həlak olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, güclü yanğın nəticəsində, 5-ə yaxın insan xəstəxanaya çatdırılıb.

Verilən məlumata görə, binadakı yanğına elektrik naqillərində baş verən qısaqapanma nəticəsində olub. Polis bölməsindən açıqlanan məlumatda bildirilir ki, sakinlər binanın dəhlizində uşaq arabası, velosiped və digər şəxsi əşyalarını saxladığı üçün alov sürətlə yayılaraq mənzillərə də daxil olub. Ən pisi isə odur ki, yanğın sakinlər gecə yatarkən baş verib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm