Kobanidə şiddətli döyüşlər gedir – VİDEO
Bizi izləyin

Dünya

Kobanidə şiddətli döyüşlər gedir – VİDEO

İŞİD terror təşkilatı Kobaniyə ikinci dəfə hücum edib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İŞİD ikinci hücumunda partlayıcı maddələrlə dolu avtomobili partladıb.

Məlumata görə, Kobaniya sızmağı bacaran İŞİD silahlıları ilə YPG (PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı) gücləri arasındakı qarşıdurmalar şəhərin mərkəzində güclənib. İŞİD-in döyüşlərdə ən az 20 YPG silahlısını öldürdüyü bildirilir.

Döyüşlərdə dinc əhalinin də xeyli itki verdiyi deyilir. Yaralanan 63 nəfər müalicə olunması üçün Türkiyəyə gətirilib. Yaralılardan 1-i uşaq olmaqla 2 nəfər həyatını itirib.

“Reuters”in xəbərində isə bildirilir ki, İŞİD Kobaniyə ikinci hücumu zamanı gedən döyüşlərdə 35 nəfər ölüb. Döyüşlərdə 11 İŞİD üzvünün öldüyü xəbər verilir.

Ötən gecə edilən ilk hücumda 12 nəfərin öldüyü, 70 nəfərin isə yaralandığı açıqlanmışdı.

İŞİD silahlılarının Kobaniyə Türkiyədən keçdiyi barədə iddialar rəsmi şəkildə təkzib edilib. Həm Türkiyə Xarici İşlər Nazirliyi, həm də Kobaninin sərhədində yerləşən Şanlıurfa vilayətinin valiliyindən iddiaların həqiqəti əks etdirmədiyi bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm