"KQB"nin keçmiş sədri: “Ermənilərə qarşı silah işlədilməsi Rusiyanı tam qane edir”
Bizi izləyin

Dünya

"KQB"nin keçmiş sədri: “Ermənilərə qarşı silah işlədilməsi Rusiyanı tam qane edir”

“Bu gün Rusiyaya sərfəlidir ki, Ermənistan hakimiyyəti aksiya iştirakçılarına qarşı gücdən istifadə etsin”.

Publika.az “1in.am” saytına istinadən xəbər verir ki, bu sözləri Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryan deyib.

Elektrik enerjisinin qiymətinin artırılmasına qarşı keçirilən etiraz aksiyasının polis tərəfindən qəddarlıqla dağıdılmasını şərh edən Şahnazaryan hesab edir ki, erməni polisinin davranışları Rusiyanı tamamilə qane edir. O, Rusiya KİV-ində etirazlarla bağlı yayımlanan məlumatların eyni mərkəzdən idarə olunduğunu bildirib: “Əgər Rusiya KİV-i tərəfindən verilən informasiyalara diqqət yetirsək, açıq-aydın hiss edilir ki, onlar eyni mərkəzdən idarə olunurlar.

Birincisi, göstərmək lazımdır ki, nümayiş dinc deyildi və nümayişçilər lap əvvəldən polisə hücum ediblər.

İkincisi, daim qeyd edilir ki, bu aksiya anti-rus xarakter daşıyır.

Üçüncüsü, Kiyev Maydanı ilə birbaşa paralellər aparılır. Kremlə yaxın və Putinin şəxsi ekspertləri bildirdilər ki, aksiyalarda “Sağ sektor”un döyüşçüləri var. Bütün bunlar təsadüfi deyil və çıxan nəticə budur ki, Ermənistanda sərt gücün tətbiq edilməsi Rusiya üçün çox sərfəlidir. Bu həm də yalnız mənim fikrim deyil”.

Onun sözlərinə görə, nümayişçilərin tələbinin yerinə yetiriləcəyinə dair hər hansı ciddi əlamətlər yoxdur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm