Putin: “Bu, Rusiyanın ərazi bütövlüyü üçün əsas şərtdir”
Bizi izləyin

Dünya

Putin: “Bu, Rusiyanın ərazi bütövlüyü üçün əsas şərtdir”

“Rusiya sərhədlərində böyük təhlükə görür. Rusiya silahlı qüvvələrin inkişafı sülh və ölkənin müstəqilliyinin əsas şərtidir”.

Publika.az RİA agentliyinə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin ali hərbi məktəblərin məzunlarının şərəfinə təşkil edilən qəbulda deyib.

“Güclü və müasir silahlarla təchiz edilmiş ordu Rusiyanın müstəqilliyi və ərazi bütövlüyünün, həmçinin milyonlarla həmvətənimizin sakit və dinc həyatının əsas şərtidir. Rusiya hakimiyyəti silahlı qüvvələri ardıcıl şəkildə inkişaf etdirəcək. Son illərdə edilən dəyişikliklər nəticəsində praktik olaraq bütün qoşun növlərinin döyüş potensialı əhəmiyyətli dərəcədə artıb. Bundan başqa, strateji nüvə gücləri və hərbi-kosmik müdafiə bölmələri möhkəmləndirilir”, - Putin vurğulayıb.

Kreml lideri inandırıb ki, Rusiya başqa ölkələrin təhlükəsizliyini hədələmir və qeyri-zorakı metodlarla məsələləri həll etməyə çalışır.

Xatırladaq ki, Rusiya prezidenti 16 iyunda “Armiya-2015” müdafiə sərgisində ordunun nüvə arsenalına 40-dan çox yeni qitələrarası ballistik raketin daxil ediləcəyini deyib. NATO-nun baş katibi Yens Stoltenberq Putinin bəyanatını “təhlükəli və davakar ritorika” adlandırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm