Kiyevdə küçə müxalifət liderinin adını daşıyacaq
Bizi izləyin

Dünya

Kiyevdə küçə müxalifət liderinin adını daşıyacaq

Ukraynanın paytaxtı Kiyevdəki mərkəzi küçələrdən biri bu ilin 27 fevralında Rusiyada qətlə yetirilmiş müxalifət lideri Boris Nemtsovun adını daşıyacaq.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu məsələ hələlik ideya formasında olsa da, həmin təklif yaxın günlərdə rəsmiləşə bilər. Kiyevin meri Vitaliy Kliçko həmin məsələnin şəhərin arxitektura idarəsinin rəisi ilə bir neçə dəfə müzakirə olunduğunu bildirib.

Qeyd edək ki, Nemtsov Rusiyanın Ukraynanın bir sıra ərazilərində separatçılara dəstək verməsini dəfələrlə kəskin şəkildə pisləyərək, Vladimir Putini bu siyasətdən geri çəkilməyə çağırmışdı.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm