Rusiya S-300-ləri İrana göndərir - FOTOLAR
Bizi izləyin

Dünya

Rusiya S-300-ləri İrana göndərir - FOTOLAR

"İrana S-300 orta mənzilli zenit-raket komplekslərinin çatdırılma müddəti həm Tehrandan, həm də bizim müdafiə müəssisələrinin operativ fəaliyyətindən asılı olacaq".

Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini Yevgeni Lukyanov bildirib.

O jurnalistlərə deyib: "Mən bunun nə zaman çatdırılacağını dəqiq deyə bilmirəm. İndi ən vacib məhsulun tam hazır olması üçün istehsal prosesinin davam etməsidir. Bü cür hərbi silahlar əvvəlcədən hazırlanmır. Bu, ciddi əl işidir. Bu, bir günə, həmçinin bir aya hazırlanmır".

İran ilk dəfə S-300 almaq barədə 2003-cü ilin noyabrında maraqlanıb. O dövrdə iranlılar Buşer Atom Elektrik Stansiyasının müdafiəsi üçün tədbirləri nəzərdən keçirirdilər. 2007-ci il dekabrın 26-da İranın müdafiə naziri Mostafa Məhəmməd Nadjar "Rosoboroneksport" şirkəti ilə beş ədəd S-300 raket kompleksinin alınması barədə müqavilə imzalandığını açıqlayıb.

2010-cu il iyunun 9-da BMT Təhlükəsizlik Şurası İrana qarşı sanksiyaların tətbiqini nəzərdə tutan 1929 nömrəli qətnamə qəbul edib və bununla raket və raket sistemlərinin çatdırılmasına qadağa qoyub. Rusiya Federasiyasının o vaxtkı prezidenti Dmitri Medvedev bu qətnamənin icrası barədə fərman imzalayıb.

İran 2011-ci ildə bildirib ki, S-300-ün çatdırılması BMT TŞ-nın qətnaməsinin təsiri altına düşməməlidir. Çünki, müqavilə sanksiyaların tətbiqinə qədər imzalanıb. Sonra "Rosoboroneksport"u məhkəməyə verib və Rusiya baş tutmayan saziş üçün əvvəlcədən ödəniş kimi verilən 166,8 milyon dolları İrana qaytarıb.

İranın Rusiyadakı səfiri Mehdi Sanai bu il fevralın 10-da bildirib ki, İran müqaviləni qüvvədən düşmüş hesab etmir, S-300 və digər müasir silahların alınmasına ümid bəsləyir.

Rusiya Prezidenti Vladimir Putin də bu il aprelin 13-də İrana S-300-lərin çatdırılmasına qadağanın aradan qaldırılmasına dair fərmanı imzalayıb. Xarici işlər naziri Serqey Lavrov bu qərarı belə izah edib ki, bu addın İran nüvə proqramı ətrafında vəziyyətin nizama salması üzrə danışıqların konstruktiv keçməsi üçün qəbul edilib.

İsrail hakimiyyəti isə İrana bu sistemlərin çatdırılmasına qoyulan qadağanın ləğvi üzrə Moskvanın qərarına mənfi reaksiya verib.

Xarici işlər nazirinin müavini Sergey Ryabkovun sözlərinə görə, 2007-ci ildə imzalanmış müqavilə hazırda tamamlanmaq üzrədir.

İran tərəfi isə bildirir ki, S-300 xüsusi müdafiə xarakterinə malikdir və hücum məqsədi üçün planlaşdırılmayıb. (anspress)





Oxumağa davam et
Reklam
Reklam

Gündəm