AŞPA İrəvanda etirazçılara qarşı güc tətbiqindən narahatdır
Bizi izləyin

Dünya

AŞPA İrəvanda etirazçılara qarşı güc tətbiqindən narahatdır

AŞPA-nın Ermənistan üzrə həmməruzəçiləri Aksel Fişer və Alan Mill Ermənistan polisini maksimal dərəcədə səbirli olmağa, etirazçılara qarşı güc tətbiq etməməyə çağırıb.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın “Armenia Today” saytı məlumat yayıb.

Həmməruzəçilərin bəyanatında bildirilir ki, polis "soyğuna son" şüarı alında aksiya keçirən etirazçıların dinc nümayiş hüququnu təmin etməlidir.

Həmməruzəçilər həmçinin iyunun 23-də İrəvanda etiraz aksiyasının dağıdılması zamanı polisin etirazçılara qarşı güc tətbiq etməsi və jurnalistlərə qarşı hücumlara görə narahat olduqlarını bildiriblər və qeyd ediblər ki, mitinqdə güc tətbiqi qərəzsiz və şəffaf araşdırılmalıdır.

Həmməruzəçilərin bəyanatında həmçinin o da bildirilir ki, sentyabrın 3-də Sarayevoda AŞPA-nın Monitorinq Komitəsinin iclasında Ermənistana səfərin nəticələrini təqdim edəcəklər.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm