Saakaşvili Kiyevdəki evini satışa çıxardı - FOTOLAR
Bizi izləyin

Dünya

Saakaşvili Kiyevdəki evini satışa çıxardı - FOTOLAR

Kiyevdə Mixail Saakaşvilinin evi satışa çıxarılıb.

Publika.az “vesti”yə istinadən xəbər verir ki, sabiq prezidentin Odessaya köçməsindən sonra boş qalan evi 1,2 milyon dollara satışa çıxarılacaq. Gürcü siyasətçi Mixail Saakaşvili Kiyevdəki evində Odessa qubernatoru olana qədər - təxminən 6 ay yaşayıb.

Söhbət Kostelnoy küçəsində yerləşən 5 otaqlı evdən gedir. Evin qiyməti isə 1,2 milyon dollardır. Ev kirayə də verilə bilər. Kirayə qiyməti isə aylıq 6,5 min dollardır.

Qeyd edək ki, keçmiş prezidentin mənzili 1917-ci ildə tiliklib. Mənzilin pəncərəlri “Maydan”a baxır. İkinci mərtəbəsi və mansardı olan evin ümumi ərazisi 252 kvmetrdir. Mənzildə prezident üçün eksklüziv təmir işləri aparılıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm